Azərbaycanda 2022-ci ilin ilk 4 ayında sənaye müəssisələrində 27,4 milyard manatlıq məhsul istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çoxdur. Bu barədə məlumat 16 may tarixində Dövlət Statistika Komitəsinin rəsmi səhifəsində verilib.
Sənayenin neft-qaz sektorunda məhsul istehsalı 0,3%, qeyri-neft-qaz sektorunda isə məhsul istehsalı 15,1% artıb. Sənaye məhsulunun 74,5%-i mədənçıxarma, 21,1%-i emal, 3,9%-i elektrik enerjisi və qaz, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Qeyd edək ki, 2021-ci ildə ölkədə 54,5 milyard manatlıq sənaye məhsulu istehsal edilib.