Azərbaycanda son sutkada koronavirusa 36 yoluxma qeydə alınıb. Bu barədə iyunun 29-da Operativ Qərargah məlumat yayıb.
27 nəfər sağalıb, vəfat edən olmayıb. Aktiv xəstə sayı 164 təşkil edib.
COVID-19 əleyhinə 2 292 peyvənd vurulub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 764 407 təşkil edib.
[gallery columns="1" link="file" size="full" ids="56746"]