Azərbaycanda son 5 ildə 4 uşağa Tovuz adı verilib. Bu haqda iyulun 1-də Modern.az məlumat yayıb.
1 körpəyə Gəncə, 6-sına Gəncəli, 1-nə Gəncəbanu adı qoyulub. 1 körpə qıza Şuşa, 2 uşağa Quba, 1-nə Qubaxanım adları qoyulub.
Valideynlər 1 körpəni Şəmkir, 1-ni Şəki adlandırıblar.
335 körpəyə Oğuz, 50 körpəyə Nəsimi, 321-nə Nizami, 6-sına Xətai, 197-sinə Xəzər, 65-nə Füzuli adı verilib.