Bu il Azərbaycanda 3595 yeraltı təkan qeydə alınıb. Bu haqda bu gün, 10 oktyabr tarixində İnsanoid Report-a istinadən xəbər verir.
Cari ilin ilk 9 ayında Azərbaycan ərazisində maqnitudası 3-dən böyük olan 62 zəlzələ qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə ümumilikdə 28 hiss olunan təkan qeydə alınıb. 13 yeraltı təkan respublika ərazisində, 15 yeraltı təkan isə qonşu ölkələrin ərazilərində baş verib.
Ən yüksək maqnitudalı zəlzələ 5.6 maqnituda gücündə Xəzər dənizində, 2-ci ən güclü zəlzələ 5.5 maqnituda gücündə Kürdəmirdə qeydə alınıb.