Azərbaycanda may ayının 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi milli valyuta ekvivalentində 10,5 milyard manatdan çox təşkil edib. Bu da ötən ilin mayının 1-i ilə müqayisədə 25,9% çoxdur. Bu barədə 17 iyun tarixində dərc edilmiş Dövlət Statistika Komitəsinin son hesabatında deyilir.
Məlumata əsasən, əmanətlərin 60,4%-i milli, 39,6%-i isə xarici valyutada yerləşdirilib. İl ərzində milli valyutada olan əmanətlərin həcmi 48,1%, xarici valyutada olan əmanətlərin həcmi isə 2,5% artıb.