“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklə həmin Qanunda nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun tam məbləğdə dövlət büdcəsinə köçürülməsi müəyyən edilib.
Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.
Qeyd olunanlarla əlaqədar müvafiq hüquqi aktlarda bəhs olunan istiqamətlərdə uyğunlaşdırma aparılıb.
***
17:16
Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv edib.
Qeyd edək ki, ölkəyə gətirilən mobil cihazların qeydiyyatına görə dövlət rüsumları 20-150 manat arası təşkil edib.