Azərbaycanda satışı ƏDV-dən azad edilmiş heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin siyahısı təsdiqlənib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Yemlik buğda, arpa və qarğıdalı dəni daxil olmaqla Vergi Məcəlləsində edilən dəyişiklik ümumilikdə 73 növdə yem və yem əlavələrinə aid edilib.
Bu Qərar 2022-ci il 1 yanvar tarixindən tətbiq edilir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədə olacaq.