Azərbaycanda bu günədək 1,3 milyon tondan çox taxıl yığılıb. Bu barədə 28 iyun tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, hazırda 61 rayonda biçin aparılır. Biçin prosesinə 1 503 kombayn cəlb edilib. Biçin ilkin mərhələdə 50 hektaradək olan kiçik və orta təsərrüfatlarda aparılır.
Dövlət Statistika Komitəsinə əsasən, 2021-ci ildə Azərbaycanda 3 milyon tondan çox buğda və arpa yığılıb.