Azərbaycanda xəstəxanalara yerləşdirilən və cərrahi əməliyyat olunan pasiyentlərin COVID-19 testi verməsi tələbi ləğv olunub. Bu barədə mayın 24-ə TƏBİB-dən Modern.az-a məlumat verilib.
Dövlət xəstəxanaları ilə yanaşı, özəl tibb müəssisələrində də pasiyentlərdən COVID-19 testinin neqativ cavabı tələb edilmir.
Bildirilib ki, pasiyentlər yalnız koronavirusa xas simptomlar müşahidə edildikdə test verəcəklər.