Ölkəmizdə ilk dəfə olaraq ekoloji təmiz avtomobillərin Bakıdan Mingəçevir şəhərinə yürüşü başlayıb. Bu haqda mayın 10-da Report məlumat yayıb.
“Bu möhtəşəm layihənin əlamətdar tərəfi isə ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi ilə bağlıdır. Layihənin təşkilati dəstəyi Azərbaycan Avtomobil Federasiyasıdır”, - AADA sədri vurğulayıb.