Cari ilin ilk 4 ayı ərzində Azərbaycanda 9,2 milyard kVt*s-dan çox elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur. Bu barədə 13 may tarixində energetika naziri Pərviz Şahbazov öz Twitter səhifəsində məlumat verib.
Məlumata əsasən, hesabat dövründə 518,6 milyon kVt*s elektrik enerjisi ixrac edilib, 40,7 milyon kVt*s isə idxal edilib.
Bu ilin 4 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə #elektrik enerjisinin istehsalı 3.3% artaraq 9240,1 mln kVt•st, #ixrac 518.6 mln kVt•st, #idxal isə 40.7 mln kVt•st olub. pic.twitter.com/W99rMenor1
— Parviz Shahbazov (@ParvizShahbazov) May 13, 2022