Cari ilin ilk 5 ayı ərzində Azərbaycanda 11,2 milyard kilovat/saat-dan çox elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur. Bu barədə 18 iyun tarixində energetika naziri Pərviz Şahbazov öz Twitter səhifəsində məlumat verib.
Nazirin sözlərinə görə, hesabat dövründə 538,4 milyon kilovat/saat elektrik enerjisi ixrac, 60,5 milyon kilovat/saat elektrik enerjisi isə idxal edilib.
İstehsal edilən elektrik enerjisinin 92%-i istilik elektrik stansiyalarında, 8%-i isə bərpa olunan mənbələrdən istehsal edilib. Bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 14%-dən çox artıb.
Bu ilin 5 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə ölkəmizdə #elektrik enerjisinin istehsalı 2.9% artaraq 11244,2 mln. kVt•st, #ixrac 538,4 mln. kVt•st, #idxal isə 60,5 mln. kVt•st olub. pic.twitter.com/qkYOPOBKcL
— Parviz Shahbazov (@ParvizShahbazov) June 18, 2022