2022-ci ilin birinci rübü üzrə Azərbaycanda ən çox və ən az satılan avtomobillər bilinib. Bu haqda mayın 10-da APA məlumat yayıb.
Yanvar-mart aylarında 33 brend üzrə 2 mindən çox avtomobil satılıb. Satışların həcminə görə, “Toyota” birinci, “Hyundai” ikinci, “Kia” isə üçüncü olub. “Lada”nın istehsalı ilə bağlı məhdudiyyət yaransa da, bu avtomobillər dördüncü yerdə qərarlaşıb. Beşliyi “Mitsubishi” tamamlayıb.
Qeyd edilən müddət ərzində "Lamborghini”, “Ferrari”, “Jaguar”, “ZX Auto” və “Opel” markaları üzrə satış olmayıb.