Azərbaycanda həqiqi hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılmasına başlanılıb. Bu barədə iyulun 1-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
18 yaşı tamam olmuş şəxslər, 1987-2003-cü illərdə doğulmuş, həqiqi hərbi xidmət keçməmiş və möhlət hüququ olmayan şəxslər iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.