Müdafiə Nazirliyinin iki generalı ehtiyata buraxılıb.
Bu barədə 4 iyul tarixində Report məlumat verib.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev və Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz istəkləri ilə ehtiyata buraxılıblar.