Azərbaycanda ilk dəfə olaraq Bakcell şirkəti eSIM istifadəyə verir. Bununla da plastik SIM karta ehtiyac qalmayacaq. Bu barədə şirkətin rəsmi səhifəsində iyunun 1-də məlumat verilib.
Bu yeni nəsil texnologiya vasitəsilə tək SIM kartlı smartfonlarda bir neçə nömrədən istifadə etmək mümkündür.
Sözügedən SIM kartı əldə etmək üçün “Bakcell”in rəsmi satış mərkəzlərindən birinə yaxınlaşıb nömrənin QR kodunu telefonla skan etmək lazımdır.
Xidmət barəsində daha ətraflı məlumatı keçid vasitəsilə almaq olar.