Azərbaycanda ilk dəfə “Albalı və gilas” festivalı keçiriləcək. Bu haqda iyunun 18-də Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Festival 25 iyun saat 12:00-da Xaçmaz rayonunda “Zəfər” parkında baş tutacaq.
Tədbirin məqsədi fermerlərin yetişdirdiyi məhsulları nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.
Festival iştirakçıları burada milli kulinariya nümunələri və xarici ölkələrin mətbəxləri ilə tanış olmaq imkanı qazanacaq.