Mayın 31-dən iyunun 30-dək Azərbaycanda ilk dəfə Qəbələdə hava limanının yaxınlığında lavanda festivalı keçiriləcək. Bu haqda mayın 31-də Oxu.az məlumat yayıb.
Ziyarətçilər şəkil çəkdirə bilər, lavanda çiçəklərinin ləçəklərindən hazırlanmış məhsullar ala bilər, həmçinin yerli müəssisələrin məhsul və xidmətləri ilə tanış ola bilərlər.
Açılış günü giriş ödənişsiz olacaq, sonrakı günlərdə isə böyüklər 5 AZN ödəməli olacaqlar.
Yelləncəklərdən istifadə etmək istəyən ziyarətçilər bir neçə dəqiqə üçün əlavə 1 AZN ödəməli olacaqlar.
Festival hər il keçiriləcək.