Gənclər və İdman Nazirliyi ilk dəfə olaraq Azərbaycan idmançılarının reytinq cədvəlini hazırlayıb. Bu barədə 10 may tarixində Nazirliyin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, reytinq xallarının hesablanması idman növləri üzrə federasiyaların təqdim etdikləri beynəlxalq yarışların təsnifatına uyğun aparılacaq. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 4 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır. İlkin olaraq Olimpiya idman növləri üzrə əmsallar hesablanıb. Cədvəl hər ay yenilənəcək və ötən ilin göstəriciləri də növbəti ildə nəzərə alınacaq.
Qeyd edilən linkdən may ayına olan reytinq cədvəli ilə tanış ola bilərsiniz.