Azərbaycanda ilk dəfə olaraq sahibkarlar ənənəvi POS-terminal əvəzinə, smartfonlar vasitəsilə kartlardan, ağıllı saatlardan, stikerlərdən və digər təmassız ödəniş üsullarından ödənişləri qəbul edə biləcəklər. Bu barədə iyunun 8-də Kapital Bank-ın rəsmi səhifəsində məlumat verilib.
Xidmətə qoşulma ödənişsizdir və tam olaraq Müştəri Bank mobil tətbiqi vasitəsilə onlayn formada həyata keçirilir.
Xidmətdən yararlanmaq üçün “Android” əməliyyat sisteminə məxsus və NFC modulu olan smartfonun olması lazımdır. Həmçinin Müştəri Bank sisteminin istifadəçisi olmaq tələbi var. Bu sistemə keçid vasitəsilə və ya (012) 310 10 97 nömrəsi ilə əlaqə saxlayaraq qoşulmaq olar.
Sözügedən xidmət, əsasən, kiçik bizneslə məşğul olan sahibkarlar (bərbər, dərzi, kuryer, taksi, ayaqqabı təmiri, köşk sahibləri, qida sektoru, kiçik ticarət, meyvə-tərəvəz və s.) üçün nəzərdə tutulub.
Həmçinin məlumatda qeyd olunub ki, 7–30 iyun 2022-ci il tarixlərində bu xidmətə qoşulan sahibkarlar bütün yay boyu heç bir komissiya ödəməyəcəklər.