2022-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri 2021-ci ilin eyni aylarına nisbətən 12,4% artıb. Bu barədə 13 may tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumatda bildirilib ki, qida məhsulları üzrə qiymət artımı 17,9%, qeyri-ərzaq məhsulları üzrə 6,4%, ödənişli xidmətlər üzrə isə 10,2% təşkil edib.
Aprel ayında əvvəlki aya nisbətən ən çox qiymət artımı tərəvəzlərdə (6,9%), meyvələrdə (2,4%), kərə və bitki yağlarında (2%) qeydə alınıb.
Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.