2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2021-ci ilin eyni aylarına nisbətən 13,4% artıb. Bu barədə 14 oktyabr tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumatda bildirilib ki, qida məhsulları üzrə qiymət artımı 19,9%, qeyri-ərzaq məhsulları üzrə 7,6%, ödənişli xidmətlər üzrə isə 10,2% təşkil edib.
Sentyabr ayında əvvəlki aya nisbətən ən çox qiymət artımı yumurtada (12,5%), tərəvəzlərdə (10,3%) və çörək, çörək məmulatlarında (4,6%) qeydə alınıb.
Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.