Azərbaycanda informasiya texnologiyaları (İT) üzrə peşə hazırlıqları həyata keçiriləcək. Bu barədə 21 may tarixində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyliyə istinadən Report məlumat verib.
Sədrin sözlərinə görə, ümumilikdə 175 aktual peşə müəyyən edilib. O qeyd edib ki, bunların təqribən 30-40-ı İT istiqamətlərinə aiddir. Sədr əlavə edib ki, Ukrayna, Belarus və Estoniyada İT peşələrində kifayət qədər inkişaf var: “İnanırıq ki, yaxın vaxtlarda biz də bu sürəti qət edəcəyik”.