Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Bu barədə mayın 28-də Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat verib.
Qeyd olunub ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.