Məktəblərdə iyunun 14-də “Son zəng” tədbiri keçiriləcək. Bu barədə iyunun 9-da Təhsil Nazirliyi məlumat verib.
Tədbirlər hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan məktəblərin idman və ya akt zallarında təşkil olunacaq.
Qeyd edək ki, hazırda Azərbaycanda 4 400 ümumi təhsil müəssisəsi var.