Azərbaycanda “nitq qüsuru”, “kar”, “kor”, “əqli cəhətdən geri qalanlar” kimi anlayışların müvafiq olaraq “nitq pozuntusu”, “eşitmə qabiliyyəti tam məhdud olanlar”, “görmə qabiliyyəti tam məhdud olanlar”, “əqli geriliyi olanlar” sözləri ilə əvəzlənməsi təklif edilib.
Bu haqda iyunun 20-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə aparılıb.
Həmçinin APA-nın verdiyi məlumata əsasən, “şikəst” sözü qanunvericilikdən çıxarılaraq “xəsarət almış” sözü ilə əvəzlənir.