“Ağdaş” klubunun rəhbəri çayda boğulub. Bu barədə İnsanoid Bizim.Media-ya istinadən bu gün, 22 iyul tarixində xəbər verir.
36 yaşlı Ağdaş şəhər sakini Fərid Ağazadə rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub. Onu sudan çıxarmaq məqsədilə çaya düşən 34 yaşlı dayısı oğlu Rəhman Əliyev də çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılıb.
Çayda boğulanlardan biri - Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəri o.
R.Əliyev evli olub, 3 övladı qalıb.