Azərbaycanda KOB İnkişaf Fondu yaradılır. Bu barədə 24 iyun tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədova istinadən APA məlumat verib.
Sədrin sözlərinə görə, Fondun yaradılması ölkədə kiçik və orta bizneslərin maliyyə resurslarına çıxışını artıracaq. Fondun əsas özəlliyi isə onun qrantlar və texniki yardımlar təklif etmək imkanı ilə bağlı olacaq.
“KOB İnkişafı Fondunun təşkilati forması ASC olacaq. Bu da dövlət vəsaitləri ilə yanaşı, yerli və xarici investorların, eləcə də özəl sektorun vəsaitlərini cəlb etməyə imkan yaradacaq", - deyə Orxan Məmmədov əlavə edib.