Azərbaycanda məişət zorakılığına yol verənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanunvericilik təklifləri hazırlanıb. Bu haqda mayın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradova deyib.
Report-un yaydığı xəbərə görə, təklifləri adıçəkilən yerli qurumla birgə Avropa İttifaqı hazırlayıb. Həmçinin bildirilib ki, qurbanların təhlükəsizliyinin təmin edilməsi üçün mühafizə orderləri ilə bağlı təkliflər formalaşdırılıb.
Qeyd edək ki, Azərbaycanda 2010-cu ildən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun tətbiq edilir. Qanuna əsasən, zərərçəkmiş şəxsə mühafizə orderi verilə bilər. Mühafizə orderi məişət zorakılığı törətmiş şəxsin zərərçəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır.
Məişət zorakılığına məruz qalanların hara müraciət edə biləcəkləri haqqında link vasitəsilə tanış olmaq olar.