Hazırda Azərbaycanda 34 mindən çox narkotik aludəçisi var. Bu barədə iyunun 21-də Report məlumat verib.
Respublika Narkoloji Mərkəzinin statistikasına əsasən, onlardan 556-sı qadın, 7-si isə yetkinlik yaşına çatmayanlardır.
Narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq üçün “802” qaynar xəttinə zəng vurmaq olar. Bu nömrəyə narkotikin qanunsuz dövriyyəsi, narkotik asılılıqdan müalicə, ailələrə psixoloji dəstək göstərilməsi məsələləri ilə bağlı müraciət etmək olar.