2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 824,7 manat təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 13 iyunda dərc olunan hesabatında əks olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14% artıb.
Ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesinə, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət sahələrinə aiddir.
Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,7 milyon nəfər olub. Onlardan 53%-i dövlət sektorunda, 47%-i qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,6%-i təhsil, 18,8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,5%-i sənaye sahələrində məşğul olublar.