Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək. Bu barədə 13 may tarixində Report məlumat verib.
Məlumata əsasən, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Bildirilib ki, quvvədə olan qanuna əsasən, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla, digər bütün növ əmək pensiyalarına keçmək mümkündür. Layihəyə əsasən isə bu istisna aradan qaldırılacaq.
Bununla vətəndaş pensiyanın yaşa görə, ya əlilliyə görə alınmasını seçim edəcək.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.