Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 673,7 milyon manat təşkil edib. Bu haqda 22 iyun tarixində Mərkəzi bankın dərc etdiyi Statistik Bülletendə məlumat verilib.
Bu il iyunun 1-nə olan məlumata əsasən, problemli kreditlər ilin əvvəlinə nisbətən 4,6%, son bir ildə isə 25,7 % azalıb.
Qeyd edək ki, sözügedən dövr ərzində kredit təşkilatlarının kredit portfeli 18,5 milyard manatdan çox təşkil edib.