Azərbaycanda tədrisə yararsız məktəblərin sayı 900-dən 600-ə enib. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 1 iyul tarixində xəbər verir.
Elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, növbəti mərhələdə bu say daha da azaldılacaq: "Bütün hallarda bu gün ölkədə təhsilə əlçatanlıqla bağlı ciddi problem yoxdur. Təxminən 80 % məktəb ya təmir olunub, ya da yenidən tikilib".