Azərbaycanda taxıl biçininə start verilib. Bu barədə 9 iyun tarixində Kənd Təsərrüfatı Nazirliyinin Facebook səhifəsində məlumat verilib.
Məlumata əsasən, ölkədə 1 milyon hektardan çox sahədə payızlıq taxıl əkilib. Bunun 606 min hektardan çox hissəsində buğda, 413 min hektardan çox sahədə isə arpa əkilib. Hazırda ölkənin 38 rayonunda arpa biçini aparılır. Biçin prosesinə 986 taxılbiçən kombayn cəlb olunub.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ildə 571 min hektar sahədə payızlıq buğda, 369 min sahədə isə payızlıq arpa əkilib. Həmin sahələrdən 1,9 milyon tona yaxın buğda və 1,1 milyon tondan çox arpa yığılıb.