Azərbaycanda televiziya və radio yayımçılarının reklam gəlirləri açıqlaıb. Bu haqda mayın 25-də Report məlumat verib.
2021-ci il ərzində televiziya yayımçıları 35,9 milyon manat, radio yayımçıları isə 6,4 milyon manat reklamdan gəlir əldə ediblər.
Eyni zamanda, bildirilib ki, dövlət büdcəsindən yayımçılara 55,7 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 51,7 milyon manatı dövlət büdcəsindən maliyyələşən yayımçılara (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu), 4 milyon manatı isə özəl yayımçılara (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, Real TV, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, Media FM, Radio Enerji, Radio TMB) verilib.