Cari ilin ilk 4 ayı ərzində Azərbaycanda 306,4 milyon manat dəyərində tikinti materialları istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72,3% çoxdur. Bu barədə 17 may tarixində dərc edilmiş Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabat dövründə asfaltın istehsalı 3,2 dəfə, tikinti kərpicinin istehsalı 55,9%, tikinti gipsinin istehsalı 50,8% artmış, tikinti əhənginin istehsalı isə 13,8% azalmışdır.
Həmin dövr ərzində 1 milyon tondan çox sement, 233,6 min kubmetr tikinti kərpici, 927 min ton hazır beton qarışığı, 25,3 min ton asfalt istehsal edilib.