Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi vəfat edib. Bu barədə 4 iyul tarixində universitet məlumat yayıb.
Məlumata əsasən, tələbə universitetin Pedaqoji fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasının II kurs tələbəsi Nümayişli Aytac Samir qızıdır.
Qeyd olunub ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.