Xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olmağa hüquq verən beynəlxalq proqram üzrə imtahan suallarını satanlar həbs ediliblər. Bu haqda mayın 19-da Baş Prokurorluq məlumat yayıb.
Belə ki, “Uğur İstanbul 2012” MMC-nin direktoru bir neçə şəxslə əlbir olub. Onlar “SAT” test-sxolastik qabiliyyət imtahanının suallarını Türkiyə və Azərbaycanda ayrı-ayrı şəxslərə satıblar.
Faktla bağlı “kommersiya və ya bank sirri olan məlumatları qanunsuz yolla yayma”, “vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda” və “vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə” maddələrilə cinayət işi başlanılıb.