Azərbaycanda xüsusi karantin rejimi sentyabrın 1-i saat 06:00-dək uzadılıb. Bununla bağlı Nazirlər Kabineti qərar imzalayıb.
Qərara əsasən, iyunun 21-dən aşağıdakı məhdudiyyətlər ləğv edilir:
- ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi;
- şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi tələbi.