Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə 16,9 milyard manat təşkil edib. Bu barədə 17 oktyabr tarixində Dövlət Vergi Xidməti məlumat verib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 52,8% çoxdur.
Hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının (NKA) sayı 75 mindən çoxdur.