İsrailin Azərbaycandakı səfirliyi öz vətəndaşlarına müraciət edib. Bu haqda bu gün, 10 oktyabr tarixində İnsanoid səfirliyə istinadən xəbər verir.
Ölkəmizdəki israillilərə müraciət edən səfirlikdən bildirilib ki, bu həftənin cümə günü, yəni 13 oktyabr tarixində İsrailə uçuşlar həyata keçiriləcək. Yaxında vətəndaşlara daha ətraflı məlumat veriləcək.
Azərbaycandakı israillilər “İsrair” saytından bilet sifariş edə biləcəklər.