Gömrükçülər Azərbaycandan Avstraliyaya göndərilən bağlamada narkotik aşkarlayıblar. Bu barədə iyunun 23-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Saxlanılan poçt bağlamasından döşək, kişi şalvarı və kişi köynəkləri aşkar edilib. Döşəyin tikişləri sökülüb və içərisində narkotik vasitəyə oxşar maddə aşkar edilib. 402 qram olan tünd-qəhvəyi rəngli maddənin tiryək olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.