İyun ayının 30-dan sentyabrın 1-dək Azərbaycandan Monteneqroya çarter proqramı üzrə uçuşlar yerinə yetiriləcək. Bu barədə 23 may tarixində AZAL-ın Facebook səhifəsində məlumat yerləşdirilib.
Aviareyslər Bakı-Tivat-Bakı istiqaməti üzrə həftənin cümə axşamı günləri həyata keçiriləcək. Sözügedən istiqamət üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək olar.