Rusiya hökumətinin yeni qaydasına əsasən, ölkəyə səyahət edən sərnişinlər PCR test verməlidirlər. Bu barədə 17 iyun tarixində "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.
Məlumata əsasən, artıq bütün xarici dövlət vətəndaşları bu ölkəyə daxil ola bilərlər, bununla belə, sərnişinlər uçuşdan əvvəl 48 saat ərzində qüvvədə olan PCR testini təqdim etməlidirlər.
Testin nəticələri “Путешествую без COVID-19” tətbiqinə yüklənməlidir.