Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yanğın baş verib. Bu barədə mayın 20-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın kinostudiya ərazisində yerləşən üçmərtəbəli inzibati binada qeydə alınıb. Alov qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.