Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 10 oktyabr tarixində İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
11 oktyabr tarixində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15, gündüz isə 16-20 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq. Dağlarda isə gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.