Cari ildə Azərbaycanın 40 rayonunda yaş barama tədarükü aparılır. Bu barədə iyunun 10-da Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bu günə kimi 157 ton yaş barama təhvil verilib.
Ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Həmçinin məhsul tədarükünə görə, Ağcabədi, Balakən, Bərdə, Füzuli, Kürdəmir rayonları da seçilib.
Qeyd edək ki, fermerlər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Əlavə olaraq baramanın hər kiloqramına görə fermerlərə dövlət tərəfindən 6 manat subsidiya ödənilir.
[URIS id=52849]