Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Prezident Cozef Baydenlə görüşüb. Bu barədə səfir iyunun 25-də öz Twitter hesabında paylaşım edib.
Xəzər İbrahim yazıb: “Təşəkkür edirəm, cənab Prezident”.
Qeyd edək ki, Cozef Bayden iyunun 24-də ABŞ-nin Azərbaycana birbaşa hərbi yardımını qadağan edən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətinin növbəti dəfə uzadılması ilə bağlı müvafiq qərar imzalayıb.
Thank you, Mr.President ???? pic.twitter.com/ookIzavKsh
— Khazar Ibrahim (@hazar_khazar) June 24, 2022