Dünən, iyunun 23-də Azərbaycanın meşə yanğınları ilə mübarizə məqsədilə Türkiyəyə göndərdiyi amfibiya tipli təyyarə təyinat ölkəsinə çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
“BE-200ÇS” amfibiya tipli təyyarə Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına enib.
Təyyarə bu gün səhər saatlarından etibarən yanğınların söndürülməsinə başlayacaq.